IQNA

Bəhreyndə “İnqilabı qoruma” həftəsi başlayıb

18:23 - May 29, 2011
Xəbər sayı: 2130381
Beynəlxalq şöbə: Bəhreynin 14 fevral Gənc İnqilabçılar Koalisiyasının təşkilatçılığı ilə ötən gündən “inqilabı qoruma” həftəsi başlayıb.
İQNA Quran agentliyiin “əl-alem” saytına istinadən məlumatına əsasən, 14 fevral Gənc İnqilabçılar Koalisiyası bəyanat yayaraq “İnqilabı qoruma” həftəsində xalqı mitinqlər keçirməyə çağırıb.
Bəyanatda İnqilabı qoruma həftəsi çərçivəsində davamlı və geniş miqyasda mitinqlərin təşkil olunması zəruriliyi vurğulanıb və əhali həmin mitinqlərdə aktiv iştirak etməyə çağırılıb.
Bu məqsədlə Bəhreynin siyasi fəallarından bir qurup Berlində toplantı keçirib . Onlar Almaniya dövlətinə və Avropa Komissiyasına məktublar göndərərək Bəhreyn hökumətinə xalqın istəkləri ilə razılaşması üçün təzyiqlər göstərməsini tələb ediblər.
Toplantı iştirakçıları Avropada olan beynəlxalq təşkilatlar, siyasi partiyalar və KİV-lərin Ali Xəlifə rejiminin Bəhreyn xalqına qarşı cinayətlərini dünya ictimaiyyətinə çatdırmağı tələb ediblər. 800218
captcha