İqna Quran Xəbər Agentliyi (İQNA): BƏƏ-də nəşr olunan “Xəlic” qəzetinin verdiyi məlumata görə, “Həya bintəl-Huseyn (ə)” İslam Mədəniyyət Mərkəzinin rəhbəri bu barədə deyib: “Müsabiqə “Quran nazil olan ay” şüarı altında və 15-ci Dubay Ramazan festivalı çərçivəsində keçirilib. Yarış 4 kateqoriyada; Quranın kamil hifzi, 20, 10 və 5 cüzün hifzi kateqoriyalarında təşkil olunub.”
Kamil hifz üzrə Fəridə Bibihəbib, Məryəm Əbdürrəhman Hüseyn və Rəmlə Əbdürrəhman Hüseyn ilk 3 yeri tutub. 20 cüzün hifzində Məymunə Əhmədun-nureyn, Nəimə Əhməd və Səlma Əhmədun-nureyn, 10 cüzun hifzində Ayişə Şəhzad, Səfa Husna və Zəmzəm Əbdülkərim, 5 cüzun hifzində isə Muzə Seyyid Haşimi, Məryəm Əhməd və Hind Əhməd 1-3-cü yerləri qazanmışlar. Qaliblərə dəyərli hədiyyələr veriləcək. 848257