IQNA

Qazaxıstanda keçirələcək Beynəlxalq Quran Müsabiqəsi təxirə salındı

19:39 - August 30, 2011
Xəbər sayı: 2179618
Quran işləri üzrə şöbə: Qazaxıstanda keçirələcək Beynəlxalq Quran Müsabiqəsi sentyabrın 5-6-ı Almatı şəhərində keçirilməli idi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Qazaxıstan Müsəlmanlar İdarəsi Beynəlxalq Şöbəsinin müdiri bu barədə deyib: “Qazaxıstanın baş müftisi Dərvişəli Əbdüssəttarın himayəsi ilə keşirələcək Beynəlxalq Quran Müsabiqəsi Qazaxıstan Müsəlmanlar İdarəsinin və Səudiyyə Ərəbistanının Dünya İslam İttifaqının dəstəyi ilə təşkil olunub.
Müsabiqədə MDB və Baltikyanı ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Litva, Latviya, Türkmənistan, Özbəkistan, Ukrayna, Estoniya, Rusiya, Tatarıstan, Başqırdıstan, Dağıstan, Çeçenistandan nümayəndələr iştirak edəcəklər.
Qeyd edək ki, hər ölkədən 3 nümayəndənin iştirakı nəzərdə tutulub. Müsabiqə Quranın kamil hifzi, həmçinin 20, 10, 5 cüzün hifzi və Qurani Kərimin qiraəti kateqoriyalarında keçiriləcək. 13-30 yaş arasında olanlar bu müsabiqədə iştirak edə bilərlər. 846818
captcha