Rəd Ədnan Şəzər ən-Nasiri – İraqın Nasiriyyə şəhərinin Darul-Quran müəssisəsinin müdiri İQNA xəbər agentliyinin müxbiri ilə müsahibəsində dedi: Bu mərasim Nasiriyyə şəhərinin Came məscidi və Əhli-beyt (ə) Hüseyniyyəsində keçiriləcək və bu məclisdə İraqın bəyənilmiş Qarilərindən olan Əli İsmail Əl-Bəyatidən təqdir və təşəkkür olunacaqdır.
O sonra dedi: Əli İsmail Əl-Bəyati “Seyyidə Rüqəyyə” Quran mərkəzinin Qumda təşkil etdiyi Quran təlimi kurslarında iştirak etmişdi. Bu Qari milli və ərazi üzrə keçirilən Quran müsabiqələrinin bir-çoxunda yaxından fəal iştirak etmişdir.
Rəd Ədnan Şəzər ən-Nasiri sözünün sonunda dedi: Əli İsmail Əl-Bəyati - ki, İraq milli Quran müsabiqələrində həmişə qaliblər sırasında olmuşdur, Nasiriyyə Daqrul-Quran müəssisəsinin Quran ustadı kimi fəaliyyət göstərəcəkdir.
973498