IQNA

Tatarıstanda Qurani-Kərimin tilavətini öyrədən sənədli film çəkildi

11:07 - April 05, 2012
Xəbər sayı: 2298274
Quran fəaliyyətləri qrupu: Tatarıstanın Tele-radio təşkilatı Tatarıstanda Qurani-Kərimin tilavətini öyrədən sənədli film istehsal edib yayına hazırladı.
İQNA xəbər agentliyinin Avropa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Tatarıstanın Müsəlmanlarla iş idarəsinin informasiya təşkilatının aprelin 4-də yaydığı xəbərə əsasən bu sənədli film bu ölkənin Tele-Radio şirkəti və Rusiyanın İslam universiteti tərəfindən hazırlanmışdır. Film Rusiyanın İslam universitetinin Kazandakı Quran qari və hafizləri hazırlama mərkəzində istehsal olunmuşdur.
Bu film aprelin 6-dan etibarən altıncı günlər yerli vaxtla Tatarsıtan kanlından saat 9:05-də "Ruh xəzinəsi" adı ilə efirə buraxılacaq.
Rusiyanın İslam universitetinin Kazandakı Quran qari və hafizləri hazırlama mərkəzi 2003-cü ildən və bu mərkəzin qadınlar şöbəsi isə 2007-ci ildən fəaliyyət göstərirlər.
Hal-hazırda bu mərkəzdə 42 nəfər (18 nəfəri qadın olmaqla) təhsil alırlar.
977904

captcha