IQNA

Amerikada qlobal Quran Qiraəti və Hifzi yarışları təşkil olunacaq

9:31 - May 28, 2012
Xəbər sayı: 2335676
Beynəlxalq qrup: Amerikada qlobal Quran Qiraəti və Hifzi yarışları cari ilin sentyabr ayının əvvəllərində ABŞ-ın paytaxtı Vaşinqton D.C-in İclas və Görüşlər (Konrfrans zalı) mərkəzində keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İSNA.NET saytına istinadən verdiyi xəbərə görə bu yarışlar Amerikanın Şimalının İslam Cəmiyyətinin (İSNA) təşəbbüsü ilə bu cəmiyyətin 45-ci Beynəlxalq İllik Toplantısının haşiyəsində keçiriləcəkdir.
Bu yarışlar Hifz (16 yaşından aşağılar arasında Quranın kamil, 15 cüz və 5 cüz hifzi) və Qiraət (11 yaşlılar və aşağı Qiraət və təcvid – 7 yaşlılar və aşağı ibtidai qiraət) bölməsində Amerikalı müsəlman yeniyetmələr və cavanları Quranın hifzi və qiraətinə həvəsləndirmək məqsədilə təşkil olunacaqdır.
Bundan əlavə toplantıda uşaqlar üçün İslami şəkil, film, incəsənət əsrələri, uşaq festivalı, İslami məşğuliyyətlər, İslami dərman xidməti və s... sərgisi də düzənlənəcək.
Qeyd edək ki, İSNA-nın illik toplantısına ABŞ və Avropanın dini rəhbərləri və İslami ölkələr və Ərəb dövlətləri evsahibliyi edəcəklər.
İSNA müsəlman fərd və təşkilatlardan ibarət bir birlikdir ki, əsas vəzifəsi müsəlmanları himayət etmək üçün proqramlar hazırlamaqdır. İSNA başqa dini cəmiyyətlər və Mədəni təşkilatlarla yaxın və müsbət əlaqədədir.
İSNA-nın əsas üzvlərini ağdərili müsəlmanlar, mühacirlər, Afriqalılar, Amerikalılar və İstambullular təşkil edirlər.
İSNA-nın illik toplantısı ABŞ-da ən böyük müsəlman konfransı sayılır.
Bu birlik 1963-cü ildə qurulub və əsasə hədəfi müsəlmanlarla ABŞ cəmiyyəti arasında əlaqələr yaratmaqdır.
1016705
captcha