IQNA

İran xalqı şəhidlərin və onların ailələrinin göstərdikləri fədakarlıq və qəhrəmanlıq sayəsində ucalıq və izzət qüllələrini fəth etdilər

9:10 - September 27, 2013
Xəbər sayı: 2595463
Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahəl-Üzma Xamenei cənabları müqəddəs müdafiə həftəsi, şəhidlər və müharibə əlilləri günü münasibəti ilə ölkə xalqına müraciət ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahəl-Üzma Xamenei cənabları müqəddəs müdafiə həftəsi, şəhidlər və müharibə əlilləri günü münasibəti ilə ölkə xalqına müraciət ediblər.
Böyük İnqilab Rəhbəri bu dəyərli bəyanatlarında vurğulayıblar: İran xalqı şəhidlərin fədakarlığı, müharibə əlillərinin dözümü və müqaviməti həmçinin onların möhtərəm ailə üzvlərinin kəraməti və güzəşti sayəsində özünü izzət qüllələrinin zirvəsinə çatdıra bildi.
Ölkənin hər bir yerində o cümlədən, Tehranda "Beheşt Zəhra" şəhidlər xiyabanında şəhidlərin məzarının gülab və ətirlə yuyulması münasibəti ilə təşkil edilən ayin ilə eyni zamanda yayılan bu bəyanatın davamında qeyd olunub: Şəhidlərin xatirəsinin əziz tutulması və onların adının yüksəldilməsi artıq öz içərisində bu dəyərli gövhərləri yetişdirən xalqın başını ucaldır.
Şəhidlərin adının ehtiramla yad edilməsi onlara əhəmiyyət mənasında dəyərləndirilir, çünki bu şəhidlər öz parlamaları ilə bizim başıucalığımız səbəb olub və bizə minnət qoyublar.
Dünya müsəlmanlarının Vəlliyi Əmri özlərinin bu önəmli bəyanatlarının sonunda şəhidlər, müharibə əlilləri, azadələr və onların fədakar, səbirli ailələrini salamlayıblar.

1294220
captcha