İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)
verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonununda yerləşən və
yerli əhali tərəfindən çox sevilən "Rəsulullah (s) Came Məscidi" çox
gözəl və özünəməxsus bir mermarlıq üslubu ilə tikilmişdir. Bu məscidin bünövrəsi
1994-cü ildə qoyulmuş və 1997-ci ildə müsəlmanların istifadəsinə verilmişdir.

İrandan gəlmə zinət kərpicləri və mərmər ilə bəzədilmiş
məscidin binası uzaqdan şəhərin mərkəzində görünür. Məscid zahiri görnüşündən qədim
tarixi abidələri xatırladır. Geniş sahəyə malik bir həyəti vardır. Məscidin həyətində
Şahbuz şəhidlərinin məzar və xatirə abidələri vardır.

Məscidin daxildə iki mərtəbəli iki əsas otağı vardır. Yerdən 11.5 metr hündürlükdə olan günbəz dörd sütun üzərində qrulmuşdur. Məscidin 26 metr hündürlüyündə iki minarəsi də vardır. Divarların 18 ədəd qövsü pəncərəsi məscidə xüsusi gözəllik verir.

Bu məscid Şərqi Azərbaycanın maddi yardımı ilə tikilmişdir və bu məsələ Azərbaycan respublikasının məscid barədə sənədlərində də öz əksini tapmışdır.