IQNA

Fransada məscidə hücum edilib

10:11 - February 14, 2016
Xəbər sayı: 3480180
Tehran, 14.02.2016 – Fransanın cənubunda yerləşən Marinan şəhərində Türk məscidi mədəniyyət mərkəzinə hücum edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla verdiyi xəbərə görə,  5-6 nəfər məsciddəki 150-200 nəfərin üzərinə taxta, dəmir parçası və daşla basqın edib.

Onlar məscidə Hitlerin portretini asmaq istəyib. Həmçinin Türkiyə və türklərə qarşı təhqiredici ifadələr işlədiblər. Təəccüblüdür ki, məscidin mühafizə polisi hücum edənlərin qarşısını almayıblar, amma 2 məscid nümayəndəsini saxlayıblar. 

 

captcha