İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran Xairci İşlər Nazirliyinin mətbuat və informasiya idarəsinə istiandən vediyi xəbərə görə, İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini - Hüseyn Əmir Əbdüllahiyan mətbuat müsahibəsində deyib: İranın Beyrutdakı səfirliyi önündə baş vermiş terror hadisəsinin əsas amili olan Macid Əl-Macidin şübhəli ölümü Tehranı bu hadisə ilə bağlı işi izləmək, eləcə də digər amilləri və kələfin ucunu aşkarlamaq üçün daha da qətiyyətli edibdir.
Livan medialarının məlumatlarına əsasən, Livan ordusunun həbsində olan “Abdullah Əzam” terror qrupunun başçısı, Ərəbistan vətəndaşı Macid Əl-Macid şübhəli şəkildə həyatını itiribdir.
Abdullahiyan “Cenevrə-2” beynəlxalq konfransı barədə də deyib ki, İran bu danışıqlarda qeyri-rəsmi iştirak edə bilər. İranın iştirakı olmadan keçirilən danışıq bir TeleŞoudan başqa bir şey deyildir.
1351915