IQNA

Mavritaniya müsəlmanları Qurana edilən təhqir əleyhinə aksiya keçidilər

8:53 - March 04, 2014
Xəbər sayı: 1382588
Beynəlxalq qrup: Mavritaniya müsəlmanları dünən (mart ayının 2-də) Noakeşut şəhərinin “Xalid bin Vəlid” məscidində Quran-Kərimin aşağılandığına etiraz olaraq prezident binasının önündə aksiyalar keçiriblər. Onlar İlahi kəlamı təhqir edənlərin cəzalandırılmasını tələb ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “fr.alakhbar” informasiya saytına istinadən verdiyi xəbərə görə Mavritaniyanın Noakeşut şəhərinin məscidlərindən birinin imam Məhəmməd Salim deyib: Məscidin Quranları işa namazından qabaq naməlum şəxlər tərəfindən aşağılanaraq hörmətsizliyə məruz qalmışdır.
Onun dediyinə görə, üzlərini örtmüş dörd nəfərlik dəstədən bir nəfəri maşından düşərək məscidə girir, məsciddən dörd Quran çıxarır, qalıanları ilə birlikdə Quranları parçalayıb yerə ataraq ayaqlayırlar.
Məscidin imamına hadisə zamanı zərər yetirilir və o, faktla bağlı təbdir görmək üçün hüquq- mühafizə oraqnlarına müracıət edir.
Günahkarların cəzalandırılmasını tələb edən imam müslmanlardan dini atributları qorumaq və Allahın kitabının müdafiə etmələrini istədi.
Məlumata görə Mavritaniyalı müsəlmanlar Quranın təhqir edilməsinə etiraz əlaməti olaraq ölkə prezidentinin iqamətgahının qarşısında mitinq keçirdilər. Polis qəzəblənmış xalqı daşıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edib.
“Xalid ibn Vəlid” məscidinin imamı və iki başqa nəfər hadisəni öz gözləri ilə görüblər. Qəzəblənmiş müsəlmanlar İslam dininin müqəddəs saydığı dəyərlər və atributlarına hörmətsizlik edənlərin edam edlməsini tələb edirlər. Onlar İslam Peyğəmbərini (s) təhqir edən yazıçının da indiyədək cəzalandırılmaması barədə xəbərdarlıq ediblər.

1382167

captcha