İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" xəbər saytına istinadən verdiyi xəbərə görə yürüşçülər Almaniyanın paytaxtı Berlin və Yunanın paytaxtı Atendə işğalçı İsrail rejiminin səfirlikləri qarşısında toplaşaraq Qəzzəyə hücumu və fələstinlilərin qətliamını məhkum etdilər.
Türkiyə vətəndaşları bu ölkənin onlarla şəhərində yürüş keçirərək Fələstin şəhidlərini andılar. Həmçinin Qebris türkləri də Şimali Qebrisdə fələstinlilərin himayəsi üçün aksiya keçiriblər.
Tunis və Əlcəzairdə də oxşar yürüşlər keçirilib və İsrailin təcavüzkarlığı məhkum edilib.
İngiltərədə minlərlə vətəndaş və anti-sionist yəhudilər "Fələstin azadlığı", "İsrail Qəzzəyə hücumu dayandır" şüarları ilə yürüş keçiriblər.
Amerikalılar da Vaşingtonda İsrail səfirliyinin qarşısında toplaşaraq Qəzzəyə hərbi müdaxilənin dayandırılmasını tələb ediblər.
Müxtəlif ölkələrin İnsan hüquqları təşkilatları dünyadakı yürüşlərin dalınca bəyaniyyə yayaraq Fələstinlilərə edilən hücumların dayandırılmasını tələb ediblər.
Bu arada mənfur rejimin yırtıcı xasiyətli baş naziri Netanyahu bu yürüşlərə reaksiya verərək Cümə günü bildirib ki, beynəlxalq təzyiqlərin qarşısında dayanacaq və hərbi əməliyyatı sona çatdıracaq.
Sionist rejim Qəzzə sakinlərinə ismarıc yollayıb ki, yaxın saatlarda olacaq ağır hərbi hücumların ziyanlarından canlarını qurtarmaq üçün evlərini tərk edib qaçsınlar.