IQNA

Yeni Misir sionist rejimi və müstəmləkiçi ölkələrdən uzaq bir Misir olacaq – Parlament nümayəndəsi

0:40 - February 13, 2011
Xəbər sayı: 2079696
Siyasi şöbə: İran Parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə müşavirinin fikrincə Misir bundan sonra sionist rejimi və müstəmləkəçi ölkələrdən çox uzaq bir Misir olacaq və bu məsələ Qərb ölkələrinin narahatç
İran Parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxulislam İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, Yeni Yaxın Şərq formalaşmaqdadır. “Yeni Misir daha bundan qabaqkı Misir olmayacaq, lakin bu dəyişikliyin nə qədər baş verəcəyi bu ölkədəki hökumətin xalqın istəkləri ilə nə qədər idarə olunacağından asılıdır”,-deyə Şeyxulislam deyib.
O əlavə edib ki, Misirin İslami dəyərlərlə nə qədər idarə olunacağı, Yaxın Şərqdə gələcəkdə baş verəcək dəyişikliklərdə təyin edici rola malikdir. “ABŞ və sionist rejimi Misirdə baş verən son dəyişiklikdən nigarandı. Onlar regionda əsaslı dəyişikliklərin baş verəcəyindən narahatdır. Ona görə ki, sionist rejimi ABŞ-dan sonra ikinci dostunu itirib”, -deyə Şeyxulislam deyib.
O əlavə edib ki, Misirdə baş verənlər və xalqın qələbəsi Ərəb ölkələrinə və digər müsəlman ölkələrinə təsir edəcək. 746124
captcha