İran Quran Xəbər Agentliyi (İQNA): Qurani-Kərimi azərbaycan dilinə tərcümə edən Qum elmi hövzəsinin məzunu, islam mədəni əlaqələr mərkəzinin tərcümə şöbəsinin nümayəndəsi Rəsul İsmayılzadə İQNA-ya müsahibəsində bu haqda belə açıqlama verdi: Bizim ölkəmizdə Qurani-Kərimlə bağlı ən mühüm məsələlərdən biri də pul vəsaiti məsələsidir ki, onun üçün xüsusi şöbə hələ də mövcud deyil. Bir qrup şəxslərin bu vəsaiti ödəmələrinə baxmayaraq, bu hələ də sistemli şəkildə formalaşmayıb.
İsmayılzadə əlavə etdi: Əgər Qurani-Kərimin xarici dillərə tərcümə olunması üçün məbləğ ayıran xüsusi şöbə fəaliyyət göstərsə bizim ölkədə Qurani-kərimin tərcümələrinin keyfiyyəti yüksək olacaq. Məlumdur ki, biz Qurani-kərimin xarici dillərə tərcümə olunması sahəsində çox geridə qalmışıq, amma digər ölkələrdə Qurani-Kərimin tərcümələrinin sayı sürətlə artır. Məsələn, Türkiyə Respublikasında son 8 il ərzində 30 min tirajda 40 növ tərcümələrə rast gəlmişik.
Bu Quran tərcüməçisi izah etdi: Mövcud olan tərcümə sahəsindəki problemlər həddən çoxdur, əlbəttə, elə tərcümələr də mövcuddur ki, adətən heç bir irad və problemlə üzləşməyib. Başqalarının məlumatı olmasa da mən bu işin içindəyəm, hər bir prosesdən xəbərdaram.
Tərcüməçilər Qurani-Kərimi tərcümə etməzdən əvvəl klassik ərəb mədəniyyəti ilə tanış olmalıdırlar.
İsmayılzadə dedi: Qurani-Kərimin xarici dillərə tərcümə olunması baxımından digər bir problem diqqət mərkəzində az olmasıdır, hər bir dillə tanışlıq üçün o dilin sözləri və qrammatikasını öyrənməkdən əlavə, o dilin malik olduğu mədəniyyəti də mənimsəmək vacibdir. Sözlərin və cümlələrin tərcüməsi o dilin dərk edilməsi anlamında deyil. Zahiri mənadan əlavə, mənəvi və daxili məna da mpvcuddur ki, oxucunun zövqünü oxşamalıdır.
Rəsul İsmayılzadə 1358-1370-ci illərdə Qum elmi hövzəsində kamil təhsil almışdır, o 1364-1368-ci illərdə də Qum ali mərkəzində hüquq ixtisası üzrə təhsil almışdır, sonra 1370-ci ildən bu vaxta kimi Quran tədqiqatı, hüquq elmi zəminində geniş fəaliyyətə başlamışdır. Çoxsaylı əsərləri tərcümə etmiş və özü də əsərlər yazmışdır. 824060