İran Quran Xəbər Agentliyi (İQNA): “Qurani kərimin qorunması üzrə dünya təşkilatı” xəbər bürosunun məlumatına əsasən, bu müsabiqələr Qurani kərimin qorunması üzrə dünya təşkilatının təşəbbüsü və Uqandada Əbi İbn Kəəb Quran müəssisəsinin həmkarlığı ilə 50 nəfər Qurani-Kərim hafizi olan qız və oğlan şagirdlərinin iştirakı ilə keçirildi.
Bu Quran müsabiqəsinin iştirakçıları 5 sahədə- Qurani-Kərimin mənaları ilə ilə birgə kamil əzbərlənməsi, Quranın və hədislərin tam əzbərlənməsi, Quranın kamil əzbərlənməsi, Qurani-kərimin 25 və 15 cüzvlərinin əzbərlənməsi üzrə rəqabət aparırdılar.
Uqandada keçirilən Qurani-Kərim müsabiqələri 6 nəfər beynəlxalq münsiflərin iştirakı ilə keçirildi, bu müsabiqənin qalibləri tir ayının 20-də keçirilən mərasimdə siyasi xadimlər və nümayəndələr tərəfindən mükafatlandırıldı.
Bu mərasimin sonunda “Mahur” Qurani-Kərim müsabiqələrinin qalibləri dəyərli hədiyyələrlə mükafatlandırıldı.
824411