IQNA

Yəməndə xanımlara məxsus Qurani-Kərimin əzbərlənməsi üzrə qısa kurs təşkil olundu

16:38 - July 14, 2011
Xəbər sayı: 2154508
Beynəlxalq şöbə: Xanımlara məxsus Qurani-Kərimin əzbərlənməsi üzrə qısa yay kursu tir ayının 21-i Yəmənin “Fateme Əl-vəğiyan” adlı Quran müəssisəsində başlandı.
İran Quran Xəbər Agentliyi (İQNA): Küveytdə çap olunan “Əlğəbs” qəzetinin məlumatına əsasən, Xanımlara məxsus qısa müddətli Qurani-Kərimin əzbərlənməsi kursları bu yay dövründə ən qısa zamanda bu proqramı gerçəkləşdirmək niyyətindədir.
“Fateme Əl-vəğiyan” adlı Quran müəssisəsi xanımların bu kursla tanışlığı üçün iclas keçirdi və bu iclasda Quranın əzbərlənməsinin əhəmiyyəti, onun insan həyatındakı rolu, Quranın çox sürətlə əzbərlənməsi üsulları iştirakçılar üçün şərh edildi.
“Fateme Əl-vəğiyan” adlı Quran müəssisəsinin rəhbəru Kəfa Əl-ənzi bu iclasda dedi: Yay tətilində əhəmiyyətli bir işlə məşğul olmaq üçün Qurani-Kərim kurslarından yararlanın və Quranın mənəvi ləzzətini duyun.
O, həmçinin qeyd etdi ki, küveytli xanımlar ötən illərdən bəri Qurani-Kərimin əzbərlənməsinə çox maraq göstərirlər.
Qeyd edilməlidir ki, xanımlara məxsus Qurani-Kərimin əzbərlənməsi üzrə qısa yay kursunda iştirak edənlər Quranı kamil şəkildə əzbərləyəcəklər.
825107
captcha