İran Quran Xəbər Agentliyi (İQNA): Nəcəf qariləri və hafizləri təşkilatının rəhbəri Seyyid Qasim Əlhəlu İQNA-ya müsahibəsi zamanı dedi: “İslam dünyasının mədəniyyət paytaxtı” sayılan Nəcəfdə miladi 2012-ci ildə Quran festivalları və müxtəlif mədəniyyət layihələrinin keçirilməsi nəzərdə tutulur.
O, əlavə etdi: bu proqramların və Quran fəaliyyətlərinin icrası üçün məsul nümayəndələr tərəfindən qarşılıqlı-razılaşma əldə olunub, rəsmi icazə gözlənilir.
Seyyid Qasim Əlhəlu İQNA-ya müsahibəsi zamanı Nəcəf şəhərinin dini və tarixi baxımdan əhəmiyyətinə işarə edərək dedi: İmam Əli (ə)-ın müqəddəs hərəminin Nəcəf şəhərində yerləşməsi bu şəhərin şiələrin elmi, dini və tarixi mərkəzinə çevrilməsinə səbəb olmuşdur.
Nəcəfül-Əşrəfdə Qurani-Kərim və Nəhcül-Bəlağə müəssisəsinin rəhbəri sonda dedi: Nəcəfdə Quran proqramlarının İmam Əli (ə)-ın hərəmi ətrafında keçirilməsi və bu müqəddəs yerin əbədi miras olaraq tanıdılması nəzərdə tutulmuşdur.
824804