İran Quran Xəbər Agentliyi (İQNA): “Bernama” xəbər bürosunun məlumatına əsasən, Malaziya İslam inkişaf mərkəzi təşkilatı (JAKIM) tərəfindən bu müsabiqə keçirilir. Müsabiqələrin bu dövründə dünyanın 50 ölkəsindən 81 qari iştirak edəcək.
Bəyanata əsasən, bu dövrdə iştirakçıların sayı keçən ilki müsabiqəyə nisbətən (həmin müsabiqədə 76 qari iştirak edirdi) artmışdır, bu müsabiqədə iştirak edən 81 qaridən 50-i bəylər, 31- i isə xanımlardır.
Bu müsabiqənin ilk 3 qalibinin hər birinə təqribən 11, 8 və 5 milyon tümən veriləcək. Qalan iştirakçılara isə təqribən 1,6 milyon tümən verilməsi nəzərdə tutulur.
Bu müsabiqələr birbaşa canlı şəkildə Malaziya dövlət televiziyası və www.islam.gov.my interner saytı vasitəsilə yayımlanacaq.
825212