IQNA

Malaziya Darul-Quran mərkəzində iranlılar üçün Quran təlimi kursları keçirilir

22:34 - December 28, 2011
Xəbər sayı: 2247375
Quran fəaliyyətləri şöbəsi: Qurani-Kərimin təlim kursları dey ayının 9-u Malaziyanın paytaxtı Kuvalalampur şəhərinin Empeng pyung məntəqəsində yerləşən iranlıların Darul-Quranında keçirilir.
İran Quran Xəbər Agentliyi (İQNA): Şərq və cənub-şərqi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, bu tədris kursları Qurani-Kərimin qiraəti və təfsirindən ibarətdir. Bu kurs müxtəlif yaş həddində olan xanımlar üçün təşkil olunmuşdur.
Qeyd olunmalıdır ki, bu il məhərrəm ayında Malaziyada məskunlaşmış bir iranlı xeyriyyəçi tərəfindən fəaliyyətə başlayan Darul-Quran Qurani-Kərimin oxunuşu, müxtəlif bayram tədbirlərinin keçirilməsi , mövlud və şəhadət günlərinin qeyd olunması ilə özünün Əhli-beytə (ə) xüsusi ehtiramını artırır. 922945
captcha