IQNA

Muhəmmədtəqi Fəali: Yuqa mənəvi ayininə əsaslanan İrfan maddidir və bu dünya üçündür

13:27 - February 17, 2012
Xəbər sayı: 2275541
Təfəkkürşöbəsi: Universitet və hövzə müəllimi Yuqa məktəbinin ardıcıllarının daha çox mərifət sahibi olan insanın enerjidən daha çox faydalandığına etiqadları olduğuna işarə edərək bildirdi: İrfan və mənəviyyat Yuqaya əsaslanaraq bu dünyaya aid maddiyyatdır.

İran Quran Xəbər Agentliyi (İQNA): Hövzə və universitet ustadı və yeni mənəvi hərəkatlar barədə 9 cildlik kitabın müəllifi Höccətül islam vəlmüslimin Doktor Muhəmmədtəqi Fəali ölkə tələbələrinin Quran fəaliyyətləri təşkilatında “ yalançı irfanların zərərlərinin tanıdılması “ adı altında keçirilən 4-cü silsilə iclasda iradlarla çıxış etdi.
Bu təhqiqatçı alim Nirvananın Buddaizm dinində mənəvi bir məfhum olduğunu deyərək xatırlatdı: Buddanın əqidəsi beləidiki, əgər insane nəfsini ağır və çətin şeylərdən saxlasa (pərhiz etsə) sonda Nirvana adlı bir vəziyyətə gəlib çatar. Nirvana Hind və Budda mədəniyyətində çox müxtəlif və rəngarəng şəkildə təfsirlərə malikdir. O təfsirlərdən biri daxili səssizlik yaxud da batini sükutdur.
Fəali davamında bəyan etdi: Təqribən Nirvananı nəfsi sakitlik və dalğınlıq kimi yozmaq olar. Əgər insane mənəvi fikrə qərq olsa, yəni bir dərin mənəvi vəziyyətə düşsə, sakitlik okeanında diyirlənsə, bu vəziyyətə Nirvana deyilər; Digər bir təfsirə əsasən isə, insanda mənəviyyatın yüksək məqamı yaranan an və vəziyyətdir. Bu izahla sübut etmək olar ki, Yuqa bir irfani məktəbdir, bir idman növü deyil. Nirvana vəziyyəti də bu məsələnin şahidlərindən biri hesab olunur.
O, Yuqanın 8 mərhələsinə işarə edərək elan etdi ki: Öz aşağıdakı növləri ilə 40 mərhələyə çatan bu 8 mərhələ- çoxsaylı oturmaq, əyilmək, yatmaq, yol getmək, dayanmaq, nəfəs almaq (anbaan) və s. texnikalardan ibarətdir. Misal üçün-Patanceli deyir —insane müsbət enerji alan zaman “Pəranə” adlı bir dünyanı öz xaricindən daxilinə verir və yenə də mənfi enerji zamanı xaricə ötürür.
Bu təhqiqatçı alim davam etdi: Lakin tənəffüs, yəni daimi və anba-an təkrarlanan cərəyan dünyadan müsbət enerjilər alan kimi mənfi enerjiləri özündən uzaqlaşdırır. Yuqa məktəbinin ardıcılları deyirlər ki, əgər tənəffüs texnikaları düzgün şəkildə icra edilsə, insan daxili əzab-əziyyətlərdən rahatlaşar. Heç olmasa onun daxili gərginliyi azalar.
Fəali dedi: Digər bir məsələ budur ki, Patencelinin fikrinə görə dünya bir parça enerjidir. Lakin “enerji” sözünə aid olan hər bir məfhumun mənası vardır, bunlara misal olaraq “enerji dalğaları”, “ enerji musiqiləri”, “müalicə enerjisi”, “enerji daşları”, “Enerji nurları”və hər cür digər tərkib.
Fəali enerji məsələsi layihəsinin Yuqanın ölkəmizdə geniş yayılmasının səbəblərindən biri olduğunu xatırladaraq dedi: Patencelinin fikrinə görə dünya başdan-başa enerjidir, amma onun məqsədi açıq-aşkar görünən enerjilər deyil. Adətən Patencelinin enerji barədəki fikri onun fiziki məna və məfhumu deyil, bəlkə onun məqsədi mənəvi baxışıdır. 930296

captcha