IQNA

Sumalidə Qurani-Kərimmərkəzlərinin şagirdlərinin mükafatlandırılması

18:57 - February 17, 2012
Xəbər sayı: 2275640
Beynəlxalq şöbə: SumalininƏl-əfləh adlı Qurani –Kərimin əzbərlənməsi mərkəzlərinin 83 şagirdi bəhmən ayının 25-i bu ölkənin şimalında keçirilən mərasimdə mükafatlandırıldılar.
İran Quran Xəbər Agentliyi (İQNA): «alsharq» xəbər bürosunun məlumatına əsasən, bu mərasimdə Sumalinin Əl-əfləh adlı Qurani-KƏrim mərkəzlərinin 83 nəfər qız və oğlan şagirdləri dünya Qurani-Kərim cəmiyyətinin həmkarlığı ilə mükafatlandırıldılar.
Sumalinin baş naziri Şeyx Əli Muhəmməd Vərn Ədi, Dünya Qurani-Kərim cəmiyyətinin nümayəndəsi Şeyx Muhəmməd Əhməd Əl-əhdel və bir çox müəllim və şagirdlər bu mərasimin iştirakçıları idilər.
Sumalinin Qurani-Kərim mərkəzlərinin şagirdlərinin mükafatlandırılması mərasimi Qurani-Kərim ayələrinin oxunuşu ilə başlandı və sonra iştirakçılar bu mərasimdə Allah kəlamının əzbərlənməsi barədə çıxışlar edərək şagirdləri öyrənməyə səslədilər.
Sonda dəyərli hədiyyələr və həmçinin sertifikatlar Sumalinin Əl-əflah Qurani-Kərim mərkəzlərinin qız və oğlan şagirdlərinə təqdim olundu. 953924
captcha