IQNA

Sionistlər aclıq aksiyası keçirən əsirlərə hücum etdilər

13:21 - April 23, 2012
Xəbər sayı: 2310800
Beynəlxalq qrup: Sionist rejiminin zindan qoruyucuları sionistlərin zindandakı vəhşilikləri əleyhinə aclıq aksiyası keçirən əsirlərə aksiyanı dayandırmaq üçün hücum ediblər.
İQNA xəbər agentliyinin "Palestine info" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Fələstinli əsirlər birliyi dünən – aprelin 21-də, elan etdi: Sionist rejiminin zindan qoruyucuları Əsqəlan şəhərində sionistlərin vəhşilikləri və həbsdə olanların beynəlxalq hüquqlarını ayaqlamaqları əleyhinə aclıq aksiyası keçirən əsirlərə hücüm edərək onların əşylarını müsadirə etmiş və onları aclıq aksiyası keçirtməyə qoymamışlar.
Zindan mühafizəşiləri aksiyaçıların bütün əşyalarını zəbt ediblər – Birliyin vəkili deyib.
Fuad Khuffash – "Əhrar" - əsirlər və insan hüquqları tədqiqat mərkəzinin rəsisi, deyib: Sionist rejimin zindan xidməti dustaqların aksiyanı məcburi dayandırması üçün hər vasitədən istifadə edirlər. Onları vəkillərindən xəbərsiz başqa həbsxanalara aparırlar.
Yüzlərlə Fələstinli əsirlərlə birlikdə aclıq aksiyasına başlayıblar.
Həmçinin minlərlə fələstinli Ğəzzə sahillərində aksiyaçıalrın mühakiməsiz zindana atılmalarının əeyhinə nümayiş keçirdilər.
991264
captcha