İQNA xəbər agentliyinin Mərkəzi Asiya məntəqəsi üzrə şöbəsinin verdiyi məlumata görə "emruznyuz-(EMRUZNEWS)" xəbər agentliyi bu barədə deyib: Zəfər Mirzəyan - Tacikistanın Duşənbədə yerləşən Milli dövlət universitetinin müəllimi, tələbələrin "Özünü tanıma və Firdosinin şahnaməsi" toplantısı zamanı çıxışında Quran ayələrinə qarşı ədəbsizlik edərək deyib ki, Firdosi şahnaməsinin beytləri Quran ayələrindən daha yüksəkdir.
Müxbir Taməris Kiyaninin dediyinə görə o, əsas mövzudan yayınaraq İslama və Qurana qarşı təhqirə başlayıb.
Kiyaninin dediyinə görə tələbələr Mirzəyanın çıxışına etiraz etmiş və tələbə qızlardan biri ondan bu təhqiramiz çıxışını saxlmağı tələb etmişdir.
Toplantıda hazır olan ustadlar etirazçı qıza qarşı təzyiq göstərmişlər.
Tacikistanın bəzi alim və din adamları Mirzayanın bu çıxışını məhkum edərək Şahnamənin İslamın və Peyğəmbərin (s) tərifi ilə başladığını və Quran ayələri ilə əxlaqi mövzulara toxunduğunu yada salmışlar.
994743