Höccətul-İslam vəl-Müslimin Doktor Məhəmmədtəqi Fəali İQNA ilə müsahibəsində dedi: Quran ayələrinin böyük bir qismi bir sıra ümumi qanun və qaydaları açıqlayır ki, bunlara "sünnət" deyilir. Bu sünnətlər müxtəlif növdürlər. Bəziləri elmi məsələlər haqqına danışır ki, bunların sayı təqribən 900 ayəyə çatır.
Başqa bir qismi insanlar arasında ictimai, iqtisadi və başqa növ əlaqələrdən danışır. Daha bir qismi isə insanın mənəvi və ruhi təkamül yoluna nur saçan ayələrdir.
Bu dünyada mənəvi yolun yolçusu olmaq istəyənlər yalnız Quran ayələri əsasında inkişaf edə bilərlər.
Bu barədə bu üç ayədə düşünmək lazımdır: (Təlaq/2 – Ənfal/29 – Bəqərə/282):
«مَن یَتَّقِ اللَّهَ یَجْعَل لَّهُ مَخْرَجًا»
"Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar".
«إَن تَتَّقُواْ اللّهَ یَجْعَل لَّكُمْ فُرْقَانًا»
"Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir".
«وَاتَّقُواْ اللّهَ وَیُعَلِّمُكُمُ اللّهُ»؛
"Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir".
Bu üç ayədə Allah-Taala "Təqva"nı hər bir təhlükə və çətinlikdən (batildən haqqa doğru) çıxış yolu, haqqı batildən ayırmaq üçün vəsilə (elm və bilik) və mərifət (tanımaq) mənşəyi kimi tanıtdırmışdır.
997780