İQNA xəbər agentliyinin "İİDR" saytına istinadən verdiyi xəbərə görə bu bir günlük topalantıda mübarək Loqman surəsinin müxtəlif məna cəhətləri araşdırılacaqdır.
Loqmanın Allahın "Vəhdaniyyəti" (yeganəliyi), Valideyn və onlara ehtiram, saleh əməllər, təkəbbür və ondan qorunmaqın yolları haqqında oğluna etdiyi vəsiyyətlər araşdırılacaqdır.
Britaniyanın "İslami elmlər evinin" (Darul-ulum əl-İslamiyyə) məzunu və Londonun İslami mədrəsələrində Ərəb dili və ədəbiyyatı, hədis, təfsir və təcvid ustadı İmam Sədr Əl-Alim bu toplantının natiqi olacaqdır.
London İslami inkişaf və tədqiqat müəssisəsi (İİDR) Quran haqqında təlim və tədqiqatın inkişafı zəmnində müntəzəm olaraq hər ay belə toplantılar keçirir. İndiyədək Qadın Quran baxımından, Fəth, Yusif, Vaqeə, Yasin, Məryəm, Kəhf, Ər-Rəhman, Hücürat, Loqman, Hədid, Qəsəs surələrinin təfsiri və Quran təfsiri ilə tanışılıq toplantılarını təşkil etmişdir.
1000134