İran Quran Xəbər Agentliyinin (İQNA) Misirdə nəşr olunan ‘əl-Yəvm Əs- Sabe' qəzetinə istinadən verdiyi xəbərə görə, Misir Vəqflər Nazirliyindən səlahiyyətli bir qaynaq Misir Vəqflər Nazirliyi binasının lobbisində qorunan bu Quranın bilinməyən qrup tərəfindən oğurlandığını açıqladı.
Bu qaynaq, şəxsiyyəti naməlum kəslər tərəfindən Misir Vəqflər Nazirliyinin giriş qapısının kilidi qırıldıqdan sonra bu böyük Quranın oğurlandığını söylədi.
Bu qaynaq, Misir Vəqflər Nazirliyi Quran nüsxəsinin tarixi olmadığını, bəlkə nadir çap nüsxəsi olduğunu vurğuladı.
Misir Vəqf Nazirliyində çalışanlarının Quranın oğurlandığını anladıqları zaman oğrunun Quranın qorunduğu şüşə qutunu qıraraq Quranı oğurladığını biliblər.
Xəbərə görə, oğruların tutulub mühakimə olunması üçün Nazirliyinin oğurlanan böyük Quranı haqqında lazımlı araşdırmanın ediləcəyi bildirilib.
Oğurlanan Quran Misirin ikinci Respublika başçısı Camal Abdülnasirə 1952-ci ilin inqilabında Misir Vəqf Nazirliyi tərəfindən hədiyyə olunmuş və Camal Abdulnasır vəfatından sonra Quran Nazirliyə geri verilmişdi.
1000248