IQNA

Fransada Qurani-Kərimin Ərəb Bril əlifbası ilə yazılmış nüsxələri pulsuz paylanacaq

11:34 - May 08, 2012
Xəbər sayı: 2321124
Beynəlxalq qrup: "PARİS EGLANTİNE" İslam müəssisəsi Qurani-Kərimin Bril əlifbası ilə yazılmış nüsxəsinin pulsuz paylanması layihəsinin Fransalı zəifgözlü və tam görməyənlər üçün icrasını xəbər verdi.
İQNA xəbər agentliyinin "İPE08" saytına istinadən verdiyi xəbərə görə "PARİS EGLANTİNE" İslam müsəssisəsi elan edib ki, bu Quran nüsxəsini əldə etmək istəyənlər şəxsiyyəti və Ərəb bril əlifbasını bilməyi təyid edən etibarlı sənədlərlə bu müəssisəyə müraciət etsinlər.
Paylama əvvəlcə bril əlifbasını kamil bilənlərdən başlayacaq və sonrakı mərhələlərdə bril əlifbasını öyrənən tələblər və daha sonra məscid və müəssisə sahiblərinə veriləcək.
Ümumi kitabxanaları olan məscid və müəssisələr bu kitabdan bir nüsxə əldə edə bilərlər. Həmçinin bu nüsxələri əldə edənlər onu sata və ya sərgiləyə bilməzlər.
Nüsxəni əldə etmək istəyənlər «http://ipe08.com/» saytına müraciət edə bilərlər.
1001883
captcha