IQNA

Moskva müsəlman ölkələrin "Milli Xörəklər" festivalına evsahibliyi edəcək

9:43 - May 11, 2012
Xəbər sayı: 2322960
Siyasi-İctimai qrup: Müsəlman ölkələrin "Milli Xörəklər" festivalı iyun ayının 10-da Rusiyanın Müftilər şurası, Beynəlxalq Standart Mərkəzi və Rusiya Federasiyasının "HALAL" şirkətləri lisenziyasının təklifi və həmkarlığı ilə Moskva şəhərində keçiriləcəkdir.
İQNA - nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) Moskva şəhərindəki Avropa şöbəsinin verdiyi məlumata görə Rusiyanın Müftilər şurasının informasiya bürosu elan edib ki, Rusiya və başqa ölkə müsəlmanlarının milli mədəniyyət və xörəklərini yaymaq, sağlam, şəfaverici yeməkləri tanıtdırmaq, xörək hazırlayarkən Halal üsullara riayət etmək və xörəyin düzgün bişirilməsini öyrətmək bu festivalın əsas hədəflərindəndir.
Bu festivalda bütün halal xörəklər bişiriən restoranlar, milli, mədəni və tursit təşkilatlar, qadınlar birliyi və fərdi iş sahibləri iştirak edə bilərlər.
Qeyd edək ki, bu festival "Moscow Halal Expo 2012" sərgisinin haşiyəsində keçiriləcəkdir.
1003882
captcha