IQNA

"Hakimiyyətin dəmir divarları Azərbaycan xalqını İslamdan uzaqlaşdırıb"

17:42 - May 12, 2012
Xəbər sayı: 2324001
Beynəlxalq qrup: İslamın, Azərbaycan respublikasının siyasi məsələlərində heç bir təsirə malik olmamasından əlavə bu ölkədə yaşayan insanların əksəriyyətinin İslam əleyhinə aparılmış təxribatın və hakimiyyətin xalqla İslam arasında yaratdığı dəmir divarların nəticəsində İslam maarifi ilə ibtidayi və nisbi tanışlıqları belə yoxdur.
Azərbaycan Cənubi Qafqaz regionunda bir respublikadır ki, 1990-cı illərdə SSR-dən ayrılaraq nisbi siyasi azadlıq əldə etdi.
Bu kiçik ölkə müsəlman və şiə çoxluqu ilə 20 ilə yaxındır ki, Əliyevlər ailəsinin hakimiyyəti altında yaşayır.
Bu ölkədə siyasi və "KİV" azadlığı çox aşağı səviyyədədir.
Bununla bağlı Dr. Əfşar Süleymani ilə - İİR-in Azərbaycandakı keçmiş səfiri və region üzrə məsələləri üzrə mütəxəssis, müsahibə apardıq.
İQNA: İslam və İslami meyillər bu ölkənin siyasətində nə kimi təsirlərə malikdir?
Dr. Süleymani: İslamın, Azərbaycan respublikasının siyasi məsələlərində heç bir təsirə malik olmamasından əlavə bu ölkədə yaşayan insanların əksəriyyətinin İslam əleyhinə aparılmış təxribatın və hakimiyyətin xalqla İslam arasında yaratdığı dəmir divarların nəticəsində İslam maarifi ilə ibtidayi və nisbi tanışlıqları belə yoxdur. Xalqın çox az bir qismi İslam dininin zəruriyyətlərinə və dövlətin dini məsələlər barədə qərarlarına nisbət reaksiya göstərirlər. Bu da dövlətin siyasətində heç bir təsirə malik olmur. Bu ölkənin konsitutsiyasında din dövlətdən ayrıdır və din xalqın xüsusi yaşayışından sayılan bir işdir. İslam dini konsitutsiyada rəsmi din kimi qeyd olunmayıb. Camaat din seçimində və dini ayinlərin icrasında "azad"dırlar.
İQNA: İslami meyillər hakimiyyətin siyasi şəxsiyyətləri arasında hansı həddədir?
Bu ölkənin siyasi şəxsiyyətləri dinin dövlət işlərində hər hansı bir təsirə malik olacağını düşünmürlər. Dini xalqın xüsusi yaşayışından hesab edir, dinlərə və İslam dininə ehtiramla yanaşırlar.
İQNA: Dövlətə müxalif cəbhələr hansı dəstələrə bölünür və İslami təmayüllü müxaliflər hansı mövqeyə malikdirlər?
Azərbaycanda müxalif partiyalar əsasən laikdirlər. İslami qanunların həyata keçməsində təkid edən yeganə partiya İslam partiyası idi ki, rəsmi şəkildə qeydə alınmamışdı və son illərdə hicabla bağlı məsələlərdə mitinqlər keçirdikləri üçün bu partiyanın məsulları indi həbsdədirlər.
Bu ölkədə nə İslmaçılar və nə də laik müxalif partiyalar dövlətdə dəyişiklik yaratmaq həddində güclü deyildir. Dövlətdə bəzi qanunlar tətbiq edərək bu partiyaların manevr etmə gücünü əlindən almışdır. Əlbəttə camaat arasında dövlətdən narazılıqlar çoxdur. Lakin dövlət xalqın əsas reaksiya verdiyi məsələləri səthi də olsa tədriclə həyata keçirir ki, xalq kütləvi şəkildə müxalifətçilərdən himayət etməsinlər.
Bu ökədə İslami dəstələrin dövlətlə yumuşaq danışıqları da istənilən nəticəni verməyib. Amma İslamçıların və digər müxalif partiyaların birlikdə yumuşaq demokratik danışıqları bəzi münasib zəminələrin yaranmasına səbəb ola bilər.
1005600
captcha