İQNA-nın "Arab News" qəzetinə istinadən verdiyi xəbərə görə Thomas Balentin Erwing (1914 – 2002) yazıçı, professor və İslam tarixçisi, Kanada və Amerika elmi dairələrində tanınmış bir şəxsiyyətdir.
O, Qurani-Kərimin ilk sadə və müasir tərcüməsini Amerika İngiliscəsinə "Quranın Amerikanca ilk tərcüməsi" adı ilə 1985-ci ildə nəşr etdi. Bu tərcümə ümumi camaat və xüsusilə də cavanlar üçün asan başa düşüləcək və sadə oxunuşlu bir Quran tərcüməsi hazırlamaq hədəfi ilə həyata keçirilmişdi.
Thomas Balentin Erwing (1914 – 2002) İngilis dilindən əlavə Ərəb və İspan dillərini də kamil mənimsəmişdi. O, 1950-ci ilin əvvəllərində 35 yaşında ikən Kanadanın Toronto şəhərində İslam dinini qəbul etdi.
Thomas Balentin Erwing (1914 – 2002) İslam dinini qəbul etməsi barədə belə deyir: "Bir dəfə bir dini mübəlliğ Hindistandan qayıtdığı zaman müsəlmanların öz dininə necə sadiq və vəfalı olduqları barədə danışırdı. Bu mənim İslamla ilk üzləşmən idi. Bu məsələ məni İslam dini ilə yaxından tanış olmağa təşviq etdi".
Thomas Balentin Erwing (1914 – 2002) inanırdı ki, bütün insanlar anadan müsəlman doğulurlar. Buna görə də ona qarşı ilşədilən "İslamı qəbul etmiş" ifadəsindən xoşu gəlmirdi. O, 1992-ci ildə bir müsahibəsində belə demişdi: "Mənə təzə müsəlman deməyin. Çünki bu dinini dəyişmək anlamındadır. Bir halda ki, mən əzəldən müsəlman olmuşam, amma həyatımım son çağlarında bunu başa düşmüşəm".
O, təlim-tərbiyə işləri üzrə mütəxəssis olmuş və Amerika və Kandadnın məşhur universitetlərinin bir çoxunda (McGill, Princeton, Minnesota və Tennessi) tədris etmişdir.
O, Kanadanın müsəlmanlar cəmiyyətinin fəal üzvlərindən olmuşdur. 1968 və 1969-cu illərdə Toronto İslam Fondunun müdiri kimi fəaliyyət edirdi. 1981 və 1986-cı illərdə isə Amerkada Şikako ştatının İslam Kollecinin rəisi vəzifəsində işləmişdir. Bundan əlavə o, İslam dini haqqında müxtəlif kitablar və məqalələr yazmışdır. "İslamda inkişaf", "Quran müqəddimə elmləri", Sən müsəlman doğulmusan", "Din və ictimai vəzifələr", "İslamınn cəzri və məddi" və "İslamın cövhəri" adlı kitablar onun əsərləridir.
Universitetlərdə İslam və Ərəb dili haqqında mütaliə vahidləri yaratmışdı.
Thomas Balentin Erwing (1914 – 2002) 2002-ci il sentyabr ayının 24-də 86 yaşında ikən Amerikanın Misisipi əyalətində vəfat etdi və torpağa tapşırıldı.
1009274