IQNA

Rusiyanın "Sevrdloviski" vilayətində Quran Qiraəti yarışları keçirildi

23:43 - May 27, 2012
Xəbər sayı: 2335483
Quran üzrə fəaliyyətlər qrupu: Rusiya federasiyasının "Sevrdloviski" vilayətində, bu vilayətin Came Məscidinə bağlı İslami mədrəsənin 8-ci təhsil ilinin başa çatması münasibətilə mədrəsədə Quran Qiraəti yarışları keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa regionu şöbəsinin verdiyi xəbərə görə Rusiya federasiyasının "Sevrdloviski" vilayətinin Came Məscidinə bağlı İslami mədrəsənin 8-ci təhsil ilinin başa çatması münasibətilə mədrəsədə şagirdlərin və bu yarışlara maraqlı olanların iştirakı ilə Quran Qiraəti yarışları keçirildi.
Radifulla Gindulin - "Sevrdloviski" vilayətinin Camaat ımamı və Came Məscidinin dini xətibi, Rusiyanın müsəlman müxbirləri ilə müsahibəsində deyib ki, qeyd olunan yarışda 50 nəfər Quransevər (4 yaşından 75 yaşınadək) iştirak edib.
Bu yarışda Quran qiraətindən əlavə Namazın düzgün oxunuşu yarışı da keçirilmişdir. Sonda fərqlənənlərə hədiyyələr verilmişdir.

1017758
captcha