IQNA

"Tələbələr üçün keçirilən Quran müsabiqələrində iştirak edən xarici tələbələr İİR-i öz ölkələrində təmsil edən səfirdirlər"

9:25 - May 28, 2012
Xəbər sayı: 2335662
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin 4-cü Beynəlxalq Müsabiqəsində 60-dan çox ölkədən iştirak edən nümayəndələr həqiqətdə öz ölkələrinə qayıtdıqları zaman İİR-i öz ölkələrində təmsil edən səfir rolunu ifa edirlər.
Abbas Haşimi – Quran hafizi, İQNA (İran Quran Xəbər Agentliyi) ilə müsahibəsində Müsəlman Tələbələrin 4-cü Beynəlxalq Müsabiqəsinin ölkənin Tələbə Quran Fəaliyyətləri təşkilatı tərəfindən qurulduğunu bəyan edərək dedi: "Müsəlman Tələbələrin 4-cü Beynəlxalq Müsabiqəsində 60-dan çox ölkədən iştirak edən nümayəndələr həqiqətdə öz ölkələrinə qayıtdıqları zaman İİR-i öz ölkələrində təmsil edən səfir rolunu ifa edirlər. Çünki İİR-i olduğu kimi və öz İslami çöhrəsi ilə xalqları üçün tərif edəcəklər. Xaricdən gələn qonaqlar həmişə etiraf edirlər ki, İranlı iştirakçılar yuxarı səviyyədə hazırlıqlı olurlar... Bəzi vaxtlar İranlı qarilər Misrililərdən öndə də olurlar. Amma bizim ictimaiyyətimizin Qurani bir cəmiyyət olmasına hələ fasilə vardır. Ali Dini Lider Ayətullah Xamənei təkid edibdir ki, yaxşı bir Quran qarisi həm də yaxşı söz ustası və dini natiqdir. Quran qarisi təfisr və əxlaq da deyə bilər".
Haşimi dedi: Yaxşı olar ki, yarışdan sonra iştirakçılar İranda qalsınlar və tarixi, mədəni, ziyarət və turist proqramlarda iştirak etsinlər ki, İİR-in əsil İslami dəyərlərə önəm verdiyi onlar üçün daha izqoyucu təsirə malik olsun.
1016491
captcha