İran Quran Xəbər Agentliyi (İQNA), BƏƏ-də nəşr olunan ‘Elbeyan' qəzetinin verdiyi xəbərə görə, Beynəlxalq Quran yarışmaları təşkilatçısı ‘Barjası Mükafatı' komitəsi BƏƏ-nin Milli Quranının yazılması və dizaynı anlaşmasını ‘Müqəddəs kitab Şeyx Xəlifə min Zaid al -Nehyan' adıyla Məhəmməd bin Celul və Becar əl-Erbili adında dünyanın məşhur iki xəttatıyla imzaladı.
İbrahim Məhəmməd Bumelhe Beynəlxalq Quran yarışmaları təşkilatçısı ‘Barjası Mükafatı' komitəsi başçısı bu komitə nümayəndəliyi adına, adı çəkilən anlaşmanı bu iki xəttatla imzaladı. Ayrıca Səid Hərb bu Komitə Başçısının Nayibi və Sami Karkaş bu mükafatın koordinatoru imza mərasimində iştirak etdilər.
Məhəmməd İbrahim Bumelhe Barjası ‘əl-Memrez' bölgəsi Mədəniyyət və Elm Dərnəyi mərkəzində edilən mətbuat konfransı əsnasında BƏƏ-nin Milli Quranlarının bir milyon nüsxəsinin bu ölkədə basılıb nəşr olunmasından sonra paylanacağını söylədi.
O son olaraq indiyə qədər BƏƏ Milli Quranının Gözəl yazı sənətiylə yazılması üçün bir çox proqram və fəaliyyətlərin tətbiq olunduğunu və qabiliyyətləri diqqətlə araşdırıldıqdan sonra Ərəb və İslam dünyasının ən yaxşı xəttatlarının bu proyektdə əməkdaşlıq üçün seçildiklərini xatırlatdı.
1019624