IQNA

“Quranın zahiri və batini mənası həmişə nəzərdə tutulmalı və bu məsələyə ciddi diqqət göstərilməlidir”

16:45 - June 07, 2012
Xəbər sayı: 2341679
Quran üzrə fəaliyyətlər qrupu: Quranın zahiri mənası Allahın Höccətidir və onun batini mənasına bağlıdır. Buna görə də Quranın zahiri və batini mənasına birlikdə diqqət olunmalıdır.
İQNA-nın Rəzəvi (ə) Xorasanı şöbəsinin verdiyi xəbərə görə Ayətullah Seyid Həsən Müstəfəvi - İmam Sadiq (ə) universitetinin Fəlsəfə fakültəsinin müdiri, bu gün (7 iyun) Nəvvab Ali Elmi Mədrəsəsinin təşəbbüsü ilə keçirilən “İmam Xumeyninin Fəlsəfi və İrfani təfəkürünün izahı” iclasında deyib: Əgər Quranın mənası bir tərəfli düşünülərsə - yəni yalnız batini və ya zahiri mənasına diqqət olunarsa bu o deməkdir ki, Quranın dərinliyi əldə olunmamışdır. Quran dərinliyinə varmaq üçün mütləq həm zahiri və həm də batini məna ikisi birlikdə nəzərdə tutlmalıdır. Quranın zahiri də Allah tərəfindən höccətdir və şəriət hökmləri zahirə əsasən əldə olunur. Quranın zahiri və batini bir-birinə bağlıdır. Onlardan birin tərk etmək məqsəddən uzaqlaşmaqdır.
O dedi: İmam Xumeyni (rə) Fiqh, Fəlsəfə və İrfanın hər üçündə müctəhid və mütəfəkkir və nəzəriyyəçi idi.
Həqiqi filosof olmaq üçün keçmiş üslubla fəlsəfə dərsləri oxunmalıdır. Fəlsəfə dərsləri universitet sistemindəki dərs vahidlərində sığa bilməz. amma təəssüf ki, bu gün bir-neçə vahid oxuyub, bir-neçə elmi araşdırma aparanlara Fəslsəfə Doktorluğu ünvanı verirlər. Halbuki onunla həqiqi filosof arasında fasilə çoxdur. Ümumiyyələ bu gün həqiqi mənada filosof yoxdur.
O, həqiqi filosof kimi İmam Xumeyninin şəxsiyyətini əxlaqi, elmi, irfani (nəzəri və əməli) baxımdan xarakterizə edib tanıtdırdı.
İmam Xumeynin iki hədəfi var idi: Müstəkbirin yıxılması və İslam cəmiyyətində elmi inqilab və inhirafın məhvi.
Onun birinci hədəfi ən azı İranda həyata keçdi. İkinci hədəfinin həyata keçməyi üçün bu gün tələbələrə vacibdir ki, bütün sahələrdə elmlə silahlansınlar və qlobal elmi məsələlərin həllində iştirak etsinlər və Axirət, Nübüvvət, İrfan və başqa sahələrdə dünyaya cavab verə bilsinlər.
1024653
captcha