IQNA

Beynəlxalq Quran yarışlarında Qurani-Kərimin Məsum İmamlara (ə) mənsub əlyazma nüsxələri sərgiyə qoyulub

17:48 - June 19, 2012
Xəbər sayı: 2350056
Beynəlxalq qrup: 29-cu Beynəlxalq Quran yarışlarınnın haşiyəsində İmamlara (ə) mənsub olan Qurani-Kərimin altı ədəd əlyazma nüsxəsi nümayiş etdirilir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Qurani-Kərimin altı ədəd əlyazma nüsxəsi ki, deyilənə görə İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad və İmam Musa Kazım (ə) öz mübarək əlləri və dəst-xətləri ilə yazmışlar, 29-cu Beynəlxalq Quran yarışlarınnın haşiyəsində Tehranın Milad Qülləsində “Astan Qüdse Rəzəvi (ə)” – İmam Rzanın (ə) ziyarətgahı, otağında sərgiyə qoyulmuşdur.
Bu nüsxələrin hamısı Kufi xətti ilə və ceyran dərisinə yazılmışdır. Bu sərgi otağının məsullarının dediyinə görə təqribən 84000 Quran əlyazma nüsxəsi “Astan Qüdse Rəzəvi (ə)” kitabxanasında saxlanılır.
1032889
captcha