IQNA

İslami Məzhəblərin Yaxınlaşdırılması təşkilatının Miyanmar müsəlmanların qətliamına reaksiyası

17:45 - July 22, 2012
Xəbər sayı: 2374851
Siyasi qrup: İslami Məzhəblərin Yaxınlaşdırılması təşkilatı minlərlə Miyanmarlı müsəlmanın öldürülməsi və didərgin salınmasını, qadın və uşaqlara təcavüz və hücum olunmasını məhkum edərək müxtəlif dinlərin davamçılarının birgə və sülhamiz yaşamasının zəruriliyinə təkid edib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Məzhəblərin Yaxınlaşdırılması təşkilatının ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə bu təşkilat miyanmarlı müsəlmanların qətliamından sonra bəyaniyyə verərək bildirib: Məzlum müsəlmanlar əleyhinə İfratçı qruplar tərəfindən vəhşicəsinə törədilmiş bu cinayət müsəlmanların soyqırımı hesab edilir və bütün insani və dini qanun və dəyərlərə ziddir.
İndi isə bütün müsəlman alimlərin vəzifəsidir ki, müsəlmanlar arasında asayişi və sakitliyi qoruyaraq bu cinayətə qarşı öz etirazlarını bildirsinlər. Çünki bu cür hadisələrin qarşısında sükut etmək insan hüquqlarına laqeyd yanaşmaqdır. Biz bütüb əlaqədar və beynəlxalq təşkilatlardan istəyirik ki, sükuta son qoyaraq ciddi və təcili addımlar ataraq bu müsəlman soyqrımına son qoysunlar.
1056436
captcha