İQNA-nın (İran Quran Xəbər Agentliyi) "The National" qəzetinə istinadən verdiyi xəbərə görə bu sərgidə Qurani-Kərimin müxtəlif əlyazma nüsxələrini (– yazı növünə görə, səhifələnməsinə görə, haşiyələnməsinə görə, qızıl bəzəyinə görə biri-birindən fərqlənən nüsxələr), tamaşaçılara təqdim olunacaq.
Ənvar Əz-zahiri – Əl-Məcid miras və mədəniyyət mərkəzinin məsulu, deyib: Bu sərginin hədəfi Quranın yazılışında zahiri fərqləri və dəyişiklikləri göstərməkdir.
Bu sərgidə İran və Türkiyəyə aid olan və Kufi xətti ilə yazılmış qədim nüsxələr, o cümlədən Əbulhəsən Əlauddin Əli bin Hilal, İbn Bəvvab adı ilə məşhur İranlı xəttatın da yazdığı nüsxələr sərgiyə qoyulmuşdur.
Bu sərgi Ramazan ayının sonunadək davam edəcəkdir.
1067149