IQNA

Türkiyənin Ərzurum vilayətində İranlı incəsənətçilərin Qurana aid əsərləri sərgiləndi

17:36 - August 01, 2012
Xəbər sayı: 2383343
Beynəlxalq qrup: İİR İranlı incəsənətçilərin Qurani-Kərimə aid sənət əsərlərini Türkiyənin şərqində Ərzurum şəhərində sərgiləyərək İranlı incəsənətçilərin Qurana aid olan bir sıra əsərlərini tanıtdırıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Press TV-yə istinadən verdiyi xəbərə görə İİR-in Ərzurumdakı Mədəniyyət evi mübarək Ramazan ayı münasibəti ilə bu sərgini düzənləmişdir.
Qurana aid 100 əsər – Təzhib, hüsnüxətt, miniatür, qələmzəni (Scrimshaw) munəbbətkari (qabartma – naxışın qabardılması) – bu sərgidə tamaşaya qoyulmuşdur.
İİR-in Ərzurumdakı Mədəniyyət evi sabah (2 avqust) İranlı və Türk qarilərin iştirakı ilə keçiriləcək Quran Qiraəti yarışlarına da evsahibliyi edəcəkdir.
1068272
captcha