İQNA-nın (İran Quran Xəbər Agentliyi) BƏƏ-yə ezam etdiyi jurnalistin verdiyi xəbərə görə Dubay Mükafatı Beynəlxalq Quran Hifzi yarışlarının 16-cı turunun və "Ən Gözəl Tərtil" yarışlarının haşiyəsində avqust ayının 6-da keçirilən bir mərasimdə bu yarışın məsulları İQNA-nı (İran Quran Xəbər Agentliyi) bu müsabiqələri mediada şəkil və xəbər baxımından yaxşı və sürətli işıqlandırdığı üçün "Təşəkkür Lövhəsi" ilə mükafatlandırdılar.
Bu mərasimdə Şeyx İbrahim Bu Məlhə - yarışları keçirilmə məsulu, BƏƏ-nin Baş Nazirinin müşaviri, Dubay hakiminin Mədəni İşlər üzrə müavini və 88 nəfər Quran hafizi iştirak ediblər.
Təşəkkür Lövhəsini İQNA-nın (İran Quran Xəbər Agentliyi) jurnalistinə BƏƏ-nin Baş Nazirinin Mədəni işlər müşaviri təqdim etmişdir. O, İQNA-dan bu yarışların xəbərlərini dünyanın müxtəlif dillərinə yayımladığına görə təşəkkür etmişdir.
1072901