IQNA

Ayətullah Haşimi Rəfsəncani müsəlmanları "Qüds günü" yürüşündə iştirak etməyə dəvət etdi

12:25 - August 15, 2012
Xəbər sayı: 2393645
Siyasi qrup: Ayətullah Haşimi Rəfsəncani - İİR-in Dövlətin Məsləhət Seçimi təşkilatının rəisi, İran xalqına xitabən verdiyi ismarıcda müsəlmanlardan istəyib ki, beynəlxalq Qüds günü yürüşündə inqilabi şəkildə iştirak etsin.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İİR-in Dövlətin Məsləhət Seçimi təşkilatının ümumi əlaqələr idarəsinə istinadən verdiyi xəbərə görə Ayətullah Haşimi Rəfsəncani - İİR-in Dövlətin Məsləhət Seçimi təşkilatının rəisi, İran xalqına xitabən verdiyi ismarıcda müsəlmanlardan istəyib ki, beynəlxalq Qüds günü yürüşündə inqilabi şəkildə iştirak etsinlər.
O, bu ismarıcda İmam Xumeyninin Ramazan ayının son cüməsini Qüds günü adlandırdıqdan sonra İsrailin qorxu içində yaşadığına işarə edərək bu günü yüksək səviyyədə qeyd etməyin region məsələlərində təsirli olduğunu vurğulayıb.
O deyib: Bu günün qeyd olunmasının nəticəsidir ki, bu gün müsəlman millətləri oyanıb və məntəqədə xalqın bu gün münasibəti ilə küçələrə axışması oyanış mədəniyyətinə çevirilibdir.
İran xalqı bu dəfə də müqavimətlə bir olduğunu, zalimlərlə və sionistlərə qarşı mübarizə mədəniyyətini və soyuq müharibə və sanksiyaların qarşısında sarsılmaz olduğunu bir daha nümayiş etdirəcək.
Mən və İİR-in Dövlətin Məsləhət Seçimi təşkilatının üzvləri bu Ramazan ayının son cüməsində Qüds günü nümayişi ilə bağlı xalqla birlikdə xiyabanlarda olacayıq və ümid erdik ki, İran xalqı da həmişəki kimi bu dəfə də inqilabi çıxış edəcəklər.
1078773
captcha