İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Səfirnyuz" saytına istinadən verdiyi xəbərə görə İrlandiyada yerləşən Avropa Tədqiq və Fətva Şurası bəyaniyyə yayaraq elan edib: Astronomiya elm müasir dövrdə xeyli inkişaf etmişdir və qadirdir ki, çox diqqət və dəqiqliklə miladı, günəş və ay ilinin təqvimini hazırlasın. Həqiqətən astronomiya bizim üçün dini münasibətlərin tarixinin dəqiq təyin olunmasında heç bir şübhə yeri qoymamışdır. Avropa Tədqiq və Fətva Şurası da bu elmə əsaslanaraq avqust ayının 19-cu gününü Şəvval ayının biri və Fitr bayramı elan edir.
Bu Şura ruhani və Camaat İmamlarından istəmişdir ki, onlar nücum elminə qarşı diqqətli olsunlar və ulduztanıma elmini (nücum, astronomiya) Qəməri ayların hesablanması üçün əsas götürsünlər.
Qeyd edək ki, Fransa da Qəməri ayların hesablanması üçün belə bir nücumi təşkilat yaratmaq qərarındadır.
1075449