IQNA

İmam Xumeyninin (r.ə) Ramazan ayının axırıncı cüməsini "Beynəlxalq Qüds günü" elan etməsi haqqında tarixi ismarıcı

11:49 - August 17, 2012
Xəbər sayı: 2394791
Siyasi qrup: İmam Xumeyni (r.ə) məzlum Fələstin xalqından himayə etmək məqsədi ilə 1358-ci Şəmsi ilinin Mordad ayının 16-da (1979-cu ilin yayında) Ramazan ayının axırıncı cümə gününü "Beynəlxalq Qüsa günü" adlandırdı. Bu tarixdən etibarən Beynəlxalq Qüds günü bütün azadlıqsevər dünya millətlərinin və müsəlmanların qəlbində həkk edildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Dünya Qüds Günü İran İslam Respublikasının qurucusunun qiymətli yadigarıdır. Tarixi bir sənəd kimi İslam dünyasının tarixində özünə yer almış İmam Xumeyninin 1358-ci Şəmsi ilinin Mordad ayının 16-da (1979-cu ilin yayında) elan etdiyi Beynəlxalq Qüds günü bəyaniyyəsinin mətni belədir:
"Bismillahir-rəhmanir-rəhim.
Mən uzun illər boyu işğalçı İsrail rejiminin müsəlmanlar üçün xətər olduğunu bildirmişdim. Bu günlər onların bizim fələstinli bacı və qardaşlarımıza vəhşicəsinə hücumları çoxalıb. Xüsusilə də Livanın cənubunda Fələstinli mübarizlərin məhv edilməsi üçün hər gün onların ev-eşikləri ardıcıl olaraq bombalanır.
Mən bütün dünya müsəlmanlarından və İslami dövlətlərindən istəyirəm ki, bu işğalçıların və onların arxasında dayananların əllərini kəsəmək üçün birləşsinlər.
Mən bütün dünya müsəlmanlarını dəvət edirəm: Ramazan ayının axırıncı cüməsi ki, Qədr günlərindən sayılır və Fələstin xalqının taleyinin həllində təyinedici rolu ola bilər, Qüds günü kimi seçilsin və müsəlmanlar beynəlxalq yekdillik mərasimi təşkil edərək müsəlmanların qanuni hüquqlarını himayə etdiklərini elan etsinlər. Mütəal Allahdan müsəlmanların küfr əhlinə qələbə çalmasını arzu edirəm.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Ruhullah Musəvi Əl-Xumeyni
Qum, 16 Mordad, 1358 hş. = 13 Ramazan, 1399 hq. = 1979 miladi.

1080707

captcha