IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun açılış mərasimi keçirildi

10:22 - September 12, 2012
Xəbər sayı: 2410164
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun açılış mərasimi dünən sentyabr ayının 11-də Təbrizin Cümə namazı müsəllasında İran İslam Respublikasının İslam Şurası Məclisi sədrinin iştirakı ilə keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun açılış mərasimi dünən sentyabr ayının 11-də saat 16:30-da Təbrizin Cümə namazı müsəllasında İran İslam Respublikasının İslam Şurası Məclisi sədri Əli Laricaninin iştirakı ilə keçirildi.
Mərasimin əvvəlində İİR-in milli himni səsləndikdən sonra Hamid Vəlizadə - Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 3-cü turunun qalibi, Quran tilavət etdi.
Mərasimdə Ayətullah Cavadi Amulinin və Cəfər Sübhaninin – Təqlid mərcələri, Kamran Daneşcunun – Elm və Texnologiya Naziri (Təhsil naziri), Quran yarışlarına ismarıcları qiraət edildi.
Bu mərasimdə Ayətullah Müctəhid Şəbustəri – Vəliyyi Fəqihin nümayəndəsi və Təbrizin imam cüməsi, Əli Laricani - İran İslam Respublikasının İslam Şurası Məclisi sədri, Məhəmmədhüseyn Yadigari – Cehad-daneşgahinin rəisi, Şərqi Azərbaycanın vilayət hakimi və Təbrizin icra hakimi çıxış etdilər.
Qeyd edək ki, Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turu bu gün (12 sentyabr) sübhdən başlamışdır.
1095333
captcha