IQNA

Höccətul-İslam Yəqubyan: İsraili və saxta hədislərin İslam Hədis Hövzəsinə daxil olmasının necəliyi və səbəbləri / Şiə rəvayətlərində əsas qayda hədislərin səhih olmasıdır

10:54 - November 14, 2012
Xəbər sayı: 2448235
Təfəkkür qrupu: Hədis və Rəvayət sahəsində, xüsusi ilə də Təfsiri hədislərdə mühüm zərər və ziyanlardan biri də hədis sahəsinə isariliyyat, təhrif və saxtakarlığın daxil olmasıdır. Əlbəttə şiə rəvayətlərində əsas qayda hədislərin səhih sayılmasıdır. Çünki saxta və isarili hədislər çox az müşahidə olunur.
Höccətul-İslam vəl-müslimin İbrahim Yəqubyan – Yazıçı və tədqiqatçı, İQNA ilə müsahibəsində Quranın rivayi təfsirinin və bu yönəmdə aşkara çıxmış problemlərdən (saxta və israili hədis və rivayi təfsirlərin əqli təfsirlərlə ziddiyyəti kimi) və bunun həlli yollarından danışdı.
İsarili hədislərin İslam hədis hövzəsinə idxalı
Tarxi faktalr göstərir ki, İkinci Xəlifə Ömərinin zamanında zahirdə İslamı qəbul etmiş Kə`b əl-Əhbar kimi yəhudilər, Təmim Dari kimi məsihilər hökumətdə nüfuz edərək mühüm rəsmi vəzifələrə yiyələnmiş və xəlifələrin etibarını qazanmışlar. Belə ki, Müaviyənin müşaviri Kə`əb Əhbar Yəhudi, həkimi Yəhya Dəməşqi və qulamı Sercun bin Mensur Rumi məsihi olublar. Bunlar özlərini müsəlman kimi göstərərək İslam əleyhinə elmi və mənəvi terrorlar həyata keçirmişlər.
Qeyd edək ki, Yezid Mədinəyə göndərdiyi qoşunun əsas tərkibində xeyli sayda məsihi və yəhudilər iştirak edirdi. Onlar bu döyüşlərdə İslamdan intiqam almaq üçün vuruşurdular.
Maraqlıdır ki, İkinci Xəlifə Ömərin zamanında Peyğəmbərin (s) Salman, Əbuzər və İmam Əli (ə) kimi tanınmış səhabələri qala-qala Təmir Dari kimi oğru bir məsihi Mədinədə Peyğəmbərin (s) məscidində xütbə oxuyur və namaz qılırdı.
Yəhudi və Məsihilər Quran qissələrində Tövrat və İncilindən bəzi qısa və doğru faktların verilməsindən istifadə edib öz qondarma kitablarından da bu qissələrə artırıb müsəlmanlara hədis kimi tanıtdırırdılar. Əlavə edək ki, bu işə İkinci Xəlifə də İslamdan öncə və sonra da çox maraq göstərirmiş.
İkinci Xəlifə hətta Peyğəmbər (s) sağ ikən Tövrat və İncili öz xətti ilə yazmış və xalq arasında paylamışdı ki, buna da Həzrət (s) tərəfindən mənfi reaksiya bildirilmişdir.
Ömərin hədisin yazılış və deyilişini qadağan etməsi və digər tərəfdən də yəhudi və məsihilərə meydan verməsi israili hədislərinin İslam hədislərinə daxil olmasına əsas zəmin yaratmışdı.
Bu faktlara Əməvilər zamanında yazılmış "Tarixil-Mədinə" (İbn Şübbə Mümeyri) kitabında geniş yer verilmişdir.
Bundan əlavə hədislərin saxtalaşmasında bəzən yaxşı niyyətlərdə rol oynayıb. Məsələn bəzi səhabələr görürlər ki, xalq Qurana əhmiyyət vermir. Bu zaman problemin həllini Quranın fəzilətində saxta hədislər söylənəkdə görürlər ki, bu da İslam hədis hövzəsinə ciddi ziyanlar vurmuşdur.
1136460
captcha