“İQNA”-nın “Mənama Post”-a istinadən verdiyi xəbərə görə, Şeyx Qasim bəyanatında deyib: “Bəhreyndə bir qrup vətəndaşın vətəndaşlıqdan məhrum edilməsi üçün cəhdlər gedir. Bu iş konstitusiyaya zidd və qanunsuz olduğuna görə, vətəndaşlıq hüququ hüquqi bir mövzudan çıxaraq hakimiyyətin siyasi məqsədlərinə tabe edilən bir məsələyə çevrilir.”
O əlavə edib ki, bu addım konstitusiyaya və qanuna ziddir, hüquqi çərçivədən və qanunun özündən yayınmadır və mahiyyət etibarilə haqqın pozulmasıdır:
“Bir şey əgər kökündən qeyri‑qanuni və qeyri‑şəri olarsa, o, elə həmin şəkildə qalır; düzəldilə bilməz və İslam şəriətinin, konstitusiyanın və ölkə qanunlarının hökmünə tabedir.”
Şeyx İsa Qasim vurğulayıb ki, ilahi qanun dəyişməzdir və hökm konstitusiyaya və ondan törəyən qanunlara aiddir, şəxsi və ötəri fikirlərə yox.
4349737