“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, bu beynəlxalq qurum 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə “X” sosial şəbəkəsində (keçmiş Twitter) yayımladığı mesajda bildirib: “Qəzza zolağı jurnalistlər üçün bütün dünyada ən təhlükəli yerdir.”
BMT İnsan Haqları Komissarlığı bütün ölkələri media işçilərinin təhlükəsizliyini təmin etmək üçün “yalnız qınama və həmrəylik ifadə edən sözlərin hüdudlarından kənara çıxaraq” real addımlar atmağa çağırıb.
Komissarlıq həmçinin jurnalistlərin fiziki müdafiəsi, məsuliyyət mexanizmlərinin yaradılması və beynəlxalq medianın Qəzzaya sərbəst və müstəqil şəkildə giriş imkanının təmin edilməsinin zəruriliyini vurğulayıb.
Bu kontekstdə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk mövcud vəziyyəti sərt şəkildə tənqid edərək deyib: “İsrailin Qəzzadakı müharibəsi media üçün ölümcül bir tələyə çevrilib.”
O qeyd edib ki, rəhbərlik etdiyi ofis 2023-cü ilin oktyabrında qarşıdurmaların başlanmasından bəri təxminən 300 jurnalist və media əməkdaşının həlak olmasını təsdiqləyib. Türk əlavə edib ki, yaralı jurnalistlərin sayı rəsmi statistikadan xeyli çoxdur.
4350302