“İQNA”-nın “Yəmən Monitor” portalına istinadən verdiyi xəbərə görə, bu proqram Ədən Darül‑Quran Mərkəzinin təşəbbüsü ilə ardıcıl üçüncü il keçirilmiş və 50 qadın hafiz iştirak etmişdir.
Tədbir yerli vaxtla səhər saat 6-da başlayıb və axşam saat 6-dək davam edib. Bu müddət ərzində Qurani‑Kərim tam şəkildə əzbərdən xətm olunub.
Ədən Darul‑Quran Mərkəzinin direktoru və Quran müəllimlərindən olan Əlfüt Əbdüh bu nadir nailiyyəti iştirakçılara təbrik edərək onların əzbərdən tam xətmi başa çatdırmaqda göstərdikləri iradə və əzmi yüksək qiymətləndirib.
O, hafiz xanımlara Quran və elm yolunda davamlı uğurlar və sabitqədəm olmalarını arzulayıb.
Quran xətmlərinə nəzarət edən və dinləyən müəllimlərdən biri olan “Ümmü Əhməd” bu tədbirdə iştirakla bağlı hisslərini belə ifadə edib: “Bu saatlar yalnız tilavət vaxtı deyil; həm də mənəviyyat, xuşu və dərin təsirlə dolu anlardır.”
O əlavə edib ki, bu səviyyədə Quran hifzinin şahidi olmaq böyük qürur və ümid mənbəyidir və Allahın kitabının təlimi yolunda göstərilən mübarək səyləri nümayiş etdirir.
4350204