IQNA

Liviyanın Beynəlxalq Quran Yarışları bu gün işə başlayır

23:29 - December 08, 2012
Xəbər sayı: 2460134
Beynəlxalq qrup: Liviyanın Quranın Hifzi və Təcvidi üzrə beynəlxalq Quran yarışlarının 8-ci turu bu gün (8 dekabr) Trablos (Tropili) şəhərində işə başlayır. Bu yarışlarda İran İslam Respublikasını Quran Hafizi Hüseyn Kuhxil təmsil edir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mənarətu lil-Aləm" saytına istinadən verdiyi xəbərə görə bu yarışlar Liviyanın Dini İşlər və Vəqflər İdarəsinin nəzarəti altında Trablos şəhərinin "Kurontiya" hotelində keçiriləcək.
Məhəmməd Rəbbu – Liviyanın Beynəlxalq Quran yarışları ali komitəsinin üzvi, dedi: Bu yarışları təşkil edən komitə yarışlara qatılmaq üçün 120 ölkəyə dəvətnamə göndərmişdir.
Bu yarışlarda Liviya, Tunis, Türkiyə və Burkinafasodan hakimlər iştirak edəcək ki, hakimlər heyətinin sədri Suriyadan olan Şeyx Əhməd İmən Rüşdi Əs-Süvəyd olacaqdır.
Benğzi şəhərindən olan Əbdürrəhman Məcli – 2010-cu il Quran yarışlarının qalibi, bu yarışlarda Liviyanı təmsil edəcəkdir.
Yarışlarda iştirak edənlərin yaşı 25-dən yuxarı olmamalı və iştirakçı təmsil etdiyi ölkənin vətəndaşı olmalıdır.
Yarışlar dekabr ayının 13-dək davam edəcəkdir.

1149565
captcha