IQNA

İslami-İrani İnkişaf Nümunəsinin layihəsini hazırlamaq çox güclü motivasiya və şücaət tələb edir

21:58 - March 04, 2013
Xəbər sayı: 2506144
Siyasi qrup: İran İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei "İslami-İrani İnkişaf Nümunəsi Layihəsi"nin hazırlayan ali şuraının üzvləri ilə görüşündə dedi: "İslami-İrani İnkişaf Nümunəsinin layihəsini hazırlamaq çox güclü motivasiya, cürət və şücaət tələb edir".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İran İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xameneinin Dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə "İslami-İrani İnkişaf Nümunəsi Layihəsi"nin hazırlayan ali şuraının üzvləri bu gün (4 mart) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei ilə görüş keçiriblər.
Görüşdə İslam İnqilabının Böyük Rəhbəri İslami-İrani inkişaf ülgüsünün hazırlanması və dizayn edilməsini olduqca böyük, iftixarlı, uzunmüddətli və dərin hərəkət adlandıraraq belə vurğulayıblar: İnkişaf və bu məsələnin ziyalılar arasında nüfuz etməsi və ictimaiyyətdə dialoq yaratma İslami-İrani ülgünün reallaşmasında zərurət daşıyan mövzulardandır.
İslami-İrani İnkişaf Ülgüsünün dizayn edilib hazırlanması əslində İranın İslam İnqilabının məhsulunun təqdim edilməsi və İslam dininin təfəkkür və düşüncəsinə əsasən bütün ərsələrdə inkişaf, habelə yeni sivilizasiyanın layihələşdirilməsidir. Buna görə də bu iş uzun müddətli və dərin baxışla həyata keçirilməlidir.
Hazrkı dünyanın Qərbin sivilizasiyası və inkişaf modelindən təsir aldığını və Qərbin sivilizasiyasının həyatın bütün ərsələrində istilasına işarə edən Həzrət Ayətullah Əl-üzma Xamenei sonra belə əlavə ediblər: Belə bir vəziyyətdə İslami-İrani İnkişaf Ülgüsünün hazırlanması və dizayn edilməsi cürət , şücaət və olduqca güclü motivlərə ehtiyaclıdır. İslam İnqilabının Böyük Rəhbəri öz sözlərinin davamında təfəkkür və düşüncəni bu hərəkətin əsas ruhu olduğunu bildirib, Bu uzun müddətli prosesdə hər cür ehtimali nöqsan və ya kiçik problemin islah edilməsi olduğunu qeyd edərək belə əlavə ediblər: Bu hərəkətdə hər cür tələskənlikdən çəkinilərək yeni təcrübələr və gənc istedadlardan da istifadə edilməlidir ki, bu hərəkətin mühərriki heç vaxt sönməsin.
Həzrət Ayətullah Əl-üzma Xamenei olduqca modern elmi mərkəzlərdə o cümlədən nanotexnologiya və nüvə texnologiyaları mərkəzləri eləcə də müdafiə sənayesi mərkəzlərində iranlı gənc, əzmkar və yüksək dinamikaya malik alimlərin iştirak etmələrinə işarə edərək belə vurğulayıblar: Gənclərə etimad etmək lazımdır. Çünki gənclər və onların əzmkarlıqları və dinamikaları bitməyən qüvvələrdirlər.
İslami-İranı İnkişaf Ülgüsü və modelinin hazırlanması və dizayn edilməsindəki bünövrənin İslam dünyasının üsulları və təfəkkürləri və əsasları olduğunu bildirən İslam İnqilabının Böyük Rəhbəri sonra belə əlavə ediblər: Bu ülgünün hazırlanması və dizayn edilməsinin bütün mərhələlərində islami əsaslar tam ətraflı və dəqiq formada diqqət mərkəzində olmalıdır və bu haqda heç bir qüsura yol verilməməlidir.
Bu mövzu haqda Dini Elmlər Hövzələrinin potensiallarından istifadənin edilməsinin zəruri olduğunu bildirən Həzrətə Ayətullah Əl-üzma Xamenei belə söyləyiblər.
İslami-İrani inkişaf Ülgüsünün hazırlanması və dizayn edilməsində 4 sahəyə təfəkkür, elm, mənəviyyat və həyat sahələrinə söykənilməlidir ki, bu arada təfəkkür mövzusu başqa sahələrdən daha artıq önəmə malikdir.
1198759
captcha