IQNA

İngiltərənin paytaxtı Londonda "Həzrət Fatimənin (s) şəhadət günləri" mərasimi qeyd olunacaq

7:59 - March 09, 2013
Xəbər sayı: 2508031
Beynəlxalq qrup: İngiltərənin paytaxtı Londonda "Həzrət Fatimənin (s) şəhadət günləri" mərasimi "Əhlul-Beyt (ə)" İslam Təşkilatı və İngiltərənin digər İslam Mərkəzləri tərəfindən qeyd olunacaqdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "AİM İslam" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə "Həzrət Fatimənin (s) şəhadət günləri" münasibətilə İngiltərənin "İslam Mərkəzi" ofisində aprel ayının 12-dən 16-dək hər gecə əzadarlıq mərasimi və elmi toplantılar silsiləsi keçiriləcəkdir.
Mərasim günlərində keçiriləcək elmi toplantılar silsiləsinin mövzusu "Quranda İmamət" olacaq və bu mövzuda Həzrət Zəhranın (s) və 12 imamın (ə) həyat tərzi araşdırılacaqdır.
Bu elmi toplantılar silsiləsi hər gecə yerli vaxtla saat 18:30-dan başlayaraq İngiltərənin Londondakı "İslam Mərkəzi" ofisində keçiriləcəkdir.

1198225
captcha